AzFina və Azerbaijan Banks Association -dan uşaqlar üçün maarifləndirici layihə: “Ömərin ödəniş kartı ilə tanışlığı”
ABA və AzFina rəqəmsal ödənişlər sahəsində əhalinin maarifləndirilməsi istiqamətində növbəti birgə təşəbbüsə imza atıblar. Visa və Bank of Baku OJSC-nin tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində ABA nəzdində fəaliyyət göstərən Ekspert Qrupunun rəhbəri, AzFina-nın eksperti Tamerlan Rustamov tərəfindən məktəbəqədər və ibtidai sinif şagirdləri üçün “Ömərin ödəniş kartı ilə tanışlığı” adlı hekayə yazılıb. Süni intellekt əsasında tərtib edilən illustrasiyalarla zənginləşdirilmiş bu hekayə uşaqların rəqəmsal ödənişlər və təhlükəsizlik qaydaları barədə biliklərini artırmağı hədəfləyir. Layihə, gələcək nəsildə innovativ ödəniş alətlərinə maraq yaratmaq və fırıldaqçılıq riskləri barədə erkən məlumatlılıq formalaşdırmaq baxımından ölkədə ilk addımlardan biridir.