Əsas  
  Analitika  
  2024-cü ildə fintex sektorunun bazar liderləri

2024-cü ildə fintex sektorunun bazar liderləri

08 01 2024

2024-cü ildə fintex sektorunun bazar liderləri

Dünyaca məşhur araşdırma şirkəti “Statista” tərəfindən dərc edilən hesabatda 2024-cü il üzrə ən böyük bazar dəyərinə malik fintex şirkətləri yer almışdır. Bu şirkətlər, istifadəçi təcrübəsini təkmilləşdirən innovativ məhsullar,müxtəlif maliyyə həlləri və inkişaf etdirilmiş təhlükəsizlik xidmətləri ilə əhəmiyyətli uğurlar əldə etmişdir. Mərkəzi ABŞ və Çində yerləşən fintex şirkətləri bazar dəyərinə görə dünya üzrə ən reytinqli fintex şirkətləri arasında ilk sıralardadır. ABŞ ən böyük fintex şirkətlərinə sahib olmaqla yanaşı, ən çox sayda fintex şirkətinə sahibdir.

2024-cü ilin ən böyük fintex şirkətləri hansılardır?

2024-cü il yanvar ayı etibarilə ən böyük 2 şirkət - 520 milyard dollar bazar dəyəri ilə “Visa” (ABŞ) 1-ci sırada, 396 milyard dollar bazar dəyəri ilə isə “Mastercard” (ABŞ) 2-ci sırada yer almışdır. “Intuit” (ABŞ) şirkəti 169 milyard dollar ilə 3-cü sırada, Çinə məxsus “Tencent” şirkəti isə 146 milyard dollar bazar dəyəri ilə 4-cü sırada qərarlaşmışdır. “Fiserv”, “Ant Financial”, “Paypal”, “Stripe”, “Square”, “Nubank” şirkətləri yüksək bazar dəyərinə görə ilk 10-luqdadır. “Stripe” (İrlandiya), “Adyen” (Niderland), “Revolut” (Birləşmiş Krallıq) kimi Avropa mərkəzli şirkətlər də bazar dəyərinə görə ən yaxşı fintex şirkətləri arasında yer almışdır.

2024-cü ildə fintex sektorunun bazar liderləri

PDF açın