Əsas  
  Haqqımızda

Haqqımızda

“Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyi (Azfina)

2020-ci ilin dekabr ayında maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən altı qabaqcıl şirkət tərəfindən təsis edilmişdir. Assosiasiyanın başlıca məqsədləri - ölkədə rəqəmsal maliyyə ekosisteminin yaradılmasına və rəqəmsal iqtisadiyyata keçid üçün şəraitin yaradılmasına dəstək olmaq, fintex şirkətlərin inkişafına kömək etmək və onların maraqlarının dövlət və qeyri-dövlət qurumlarında təmsil və müdafiə etmək, fintex şirkətlər və digər bazar iştirakçıları arasında əməkdaşlığın daha effektiv olmasına töhfə verməkdir.

Məqsədlərimiz

  • Maliyyə savadlılığı və maliyyə inkluzivliyinin artırılması

  • Rəqəmsal maliyyə xidmətlərinin inkişafı

  • Yeni texnologiyaların tətbiq olunması

  • Güclü fintex ekosisteminin yaradılması

  • Fintex şirkətlərinin maliyyə bazarında rəqabət qabiliyyətinin artırılması

Vəzifələrimiz

  • Fintex şirkətlərin inkişafına dəstək

  • Tədqiqatların aparılması və trendlərin təhlil edilməsi

  • Beynəlxalq təcrübənin araşdırılması və tətbiq olunması

  • Maliyyə qanunvericiliyi ilə bağlı təkliflərin hazırlanması

  • Fintex sahəsində professional standartların hazırlanması

  • Konfrans, forum və maarifləndirici tədbirlərin keçirilməsi

  • Maliyyə texnologiyalarının populyarlaşdırılması

AzFina Heyəti

Assosiasiyamızın komandasında üzv təşkilatların əməkdaşları təmsil olunur

Ruslan Talıbov

İdarə Heyətinin sədri

Eynar Abdullayev

İdarə Heyətinin üzvü

Edqar Abdullayev

İdarə Heyətinin üzvü

Ayşən Həsənova

Biznesin inkişafı və marketinq üzrə ekspert

Azər Əkbərov

İcraçı Direktor

Pünhan Nərimanov

İdarə Heyətinin üzvü

Nizamnamə

Azərbaycan Fintex Assosiasiyasının nizamnaməsi

PDF açın

stroke