Əsas  
  Layihələr  
  Açıq bankçılıq

Açıq bankçılıq

bg-pattern

Açıq bankçılıq

"Rəqəmsal ödənişlər strategiyası" tədbirlər planına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə həyata keçirilən "Açıq bankçılıq" layihəsində AzFina tərəfdaş olaraq çıxış edir.

Tətbiqi proqramlaşdırma interfeysi (bundan sonra – API) proqram təminatlarının hazırlanması üçün istifadə olunan prosedur, protokol və alətlər dəstidir. API, informasiya sistemləri arasında qarşılıqlı əlaqələrin qurulması mexanizmlərini müəyyən edir.

Açıq Bankçılığın yaratdığı imkanlar Açıq Bankçılıq bir çox bankların maliyyə xidmətləri ekosistemindəki siyasət yanaşmalarını dəyişərək bank sektorunda müsbət nəticələr əldə etmək potensialına malikdir. Məsələn:

  1. Açıq Bankçılıq bank sektorunda rəqabət mühitini daha da canlandırmaqla müştəri gözləntilərinə cavab verən yeni biznes modellərin formalaşdırılmasına imkan verir;
  2. Açıq Bankçılıq bank sektorunda bank və bank olmayan təşkilatlar arasında tərəfdaşlıq münasibətlərinin formalaşması nəticəsində təqdim olunan bank məhsul və xidmətlərinin əhatə dairəsinin genişləndirməyə imkan verir;
  3. Açıq Bankçılıq bank məhsul və xidmətlərinin təqdim edilməsində innovativ həllərin tətbiqində müsbət tendensiyalara səbəb olur;
  4. Açıq Bankçılıq üçüncü tərəflərlə maneəsiz əlaqə yaratmağı təmin edən, etibarlı və standartlaşdırılmış API-ləri tətbiq etməklə daha effektiv və səmərəli inteqrasiya proseslərini həyata keçirməyə imkan verir.