Əsas  
  Tədbirlər  
  Azərbaycan-Türkiyə Fintex Forumu 2023 keçirilib

Azərbaycan-Türkiyə Fintex Forumu 2023 keçirilib

bg-pattern

09 / 06 / 2023

Azərbaycan-Türkiyə Fintex Forumu 2023 keçirilib

Bugün Türkiyənin Fintech Innovation Hub şirkətinin təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyası və Türkiyə Ödəniş və Elektron Pul Təşkilatları Birliyinin tərəfdaşlığı ilə ölkədə ilk dəfə Azərbaycan-Türkiyə Fintex Forumu keçirilmişdir. Forumun açılışını assosiasiyamızın sədri Ruslan Talıbov edərək ölkəmizdəki fintex ekosistemi haqqında məlumat vermişdir.

Forumun məqsədi Azərbaycan və Türkiyə fintex ekosistemlərinin iştirakçıları arasında işgüzar əlaqələrin gücləndirilməsi, potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, həmçinin iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi innovativ maliyyə texnologiyaları sahəsində də effektiv sinerjinin yaradılmasıdır.

Fintexlərlə yanaşı yerli və xarici maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi bu forumda hər iki ölkənin aparıcı ekspertləri fintex ekosistemlərinin cari vəziyyəti və inkişaf trendləri, yeni çağırışlar, beynəlxalq ödəniş həllərindən Buy Know Pay Later modellərinə, rəqəmsal ödəniş sistemlərindən maliyyə təhlükəsizliyinə, süni intellektdən blokçeyn texnologiyalarına qədər bir çox mövzuda çıxışlar etmiş və müzakirələr aparmışdır.