Bu gün Azerbaijan Fintech Association (Azfina) tərəfindən ölkədə ilk dəfə olaraq “Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” adlı konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov tərəfindən ölkədə formalaşmış fintex ekosistemi və onun iştirakçılarının əsas fəaliyyət istiqamətləri, bu sahədə əldə olunan nailiyyətlərə toxunularaq Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə həyata keçirilən islahatlar, ekosistem üzrə gələcək gözləntilər haqqında məlumat verilmişdir.
Tədbir boyunca fərqli panellərdə dövlət qurumlarının, fintexlərin və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə fintex sahəsində qabaqcıl beynəlxalq trendlər və inkişaf istiqamətləri, sektor üzrə gələcəyə baxış mövzusunda müzakirələr aparılmışdır.