Azərbaycan Fintex Assosiasiyası və SME Law hüquq şirkətinin təşkilatçılığı ilə "Ödəniş xidmətləri və ödəniş sistemləri" haqqında yeni qanun layihəsi və AML komplayns mövzusunda seminar təşkil olunmuşdur.
Seminarda üzvlərimiz daxil olmaqla ölkənin aparıcı fintexləri iştirak etmiş və yeni qanunla bağlı dünya təcrübəsindən faydalı məlumatlar əldə etmişdir.
Seminarın əsas mühazirəçisi fintex üzrə beynəlxalq miqyaslı ekspert, tanınmış professor Marius Laurinaitis idi.
Həmçinin, assosiasiyamızın eksperti Tamerlan Rüstəmov öz dəyərli fikirlərini auditoriya ilə paylaşmışdır.