İcraçı Direktor Azfina-nın fintex ekosisteminin inkişafına yönəlmiş strateji, institusional və operativ fəaliyyətinə rəhbərlik edir. Vəzifənin əsas məqsədi fintex sektorunun maraqlarını təmsil etmək, üzvlər (fintex və qeyri-fintex müşahidəçi üzvlər) arasında əməkdaşlığı gücləndirmək, dövlət–özəl dialoqunu inkişaf etdirmək və assosiasiyanın regional və beynəlxalq mövqeyini gücləndirməkdir.
Azfina-nın missiya, vizyon və strateji inkişaf istiqamətlərinin formalaşdırılması və icrasının təmin edilməsi
Fintex sektorunun inkişafı üzrə orta və uzunmüddətli strategiyaların, yol xəritələrinin və təşəbbüslərin hazırlanması
Assosiasiyanın institusional dayanıqlığının və nüfuzunun gücləndirilməsi
Fintex üzvlərin maraqlarının təmsil edilməsi və ehtiyaclarının sistemli təhlili
Qeyri-fintex müşahidəçi üzvlərlə (banklar, texnologiya şirkətləri, hüquq və konsaltinq qurumları, dövlət və beynəlxalq təşkilatlar və s.) əməkdaşlığın inkişaf etdirilməsi
Üzvlər arasında şəbəkələşmənin, bilik mübadiləsinin və birgə layihələrin təşviqi
Fintex üzvlərin maraqlarının təmsil edilməsi və ehtiyaclarının sistemli təhlili
Qeyri-fintex müşahidəçi üzvlərlə (banklar, texnologiya şirkətləri, hüquq və konsaltinq qurumları, dövlət və beynəlxalq təşkilatlar və s.) əməkdaşlığın inkişaf etdirilməsi
Üzvlər arasında şəbəkələşmənin, bilik mübadiləsinin və birgə layihələrin təşviqi
Dövlət qurumları, tənzimləyici orqanlar və mərkəzi bank strukturları ilə konstruktiv dialoqun qurulması
Fintex sahəsində qanunvericilik və normativ-hüquqi aktlar üzrə rəy və təkliflərin hazırlanmasına rəhbərlik
İctimai–özəl sektor əməkdaşlığının gücləndirilməsi
Təlimlərin, forumların, konfransların, akselerasiya və maarifləndirmə proqramlarının təşkili
Yerli və beynəlxalq donorlar, tərəfdaşlar və təşkilatlarla birgə layihələrin hazırlanması və icrası
Qrant və sponsorluq imkanlarının cəlb edilməsi
Assosiasiyanın büdcəsinin hazırlanması və icrasına nəzarət
Maliyyə dayanıqlığının təmin edilməsi və gəlir mənbələrinin şaxələndirilməsi
Gündəlik operativ fəaliyyətə və daxili proseslərə ümumi nəzarət
İcraçı komandanın formalaşdırılması və idarə olunması
Performansın qiymətləndirilməsi və peşəkar inkişafın təşviqi
Açıq, etik və əməkdaşlığa əsaslanan korporativ mədəniyyətin qurulması
Azfina-nın yerli və beynəlxalq tədbirlərdə, platformalarda və mediada təmsil olunması
Beynəlxalq fintex assosiasiyaları və ekosistemləri ilə əməkdaşlıq əlaqələrinin qurulması
Assosiasiyanın brendinin və ictimai imicinin gücləndirilməsi
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Hüquq, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə)
MBA və ya beynəlxalq sertifikatlar üstünlükdür
Minimum 3 il rəhbər və ya yüksək səviyyəli idarəetmə təcrübəsi
Fintex, maliyyə xidmətləri, bankçılıq, texnologiya, startap ekosistemi və ya assosiasiya/ictimai təşkilatlarda iş təcrübəsi
Dövlət və tənzimləyici qurumlarla işləmə təcrübəsi üstünlükdür
Fintex ekosistemi, rəqəmsal maliyyə və innovasiya trendləri üzrə güclü biliklər
Strateji düşünmə və siyasət formalaşdırma bacarığı
Yüksək kommunikasiya, təqdimat və danışıqlar bacarıqları
Layihə və tərəfdaşlıq idarəetməsi üzrə təcrübə
Azərbaycan dili – mükəmməl
İngilis dili – yüksək səviyyədə
Rus dili – üstünlükdür
Liderlik və təşəbbüskarlıq
İctimai və institusional məsuliyyət hissi
Analitik düşüncə və nəticəyönümlülük
Etik davranış və peşəkar nüfuz
Geniş əlaqə şəbəkəsi və beynəlxalq əməkdaşlıq potensialı
📅 Son müraciət tarixi: 27 fevral 2026
📧 CV-lərin göndərilməsi: cv@azfina.az