Açıq bankçılıq nədir?
Ənənəvi bankçılıqda hesab məlumatlarınıza yalnız banklar çıxış edir. Açıq bankçılıq isə sizə imkan verir ki, öz razılığınızla hesab məlumatlarınızı üçüncü tərəf tətbiqlərlə paylaşasınız.
✨ Faydaları:
* Bütün hesablarınızı bir yerdən izləyə bilərsiniz
* Ödənişlər sürətli və rahat olur
* Banklar və maliyyə qurumları ilə asan əməkdaşlıq mümkündür
📌 Nə edə bilərsiniz?
* Hesab məlumatlarını idarə etmək
* Hesab qalığını yoxlamaq
* Çıxarışları əldə etmək
* Hesabdan istifadə üçün icazə vermək
* Əməliyyat statusunu izləmək
“Açıq bankçılıq” anlayışını tətbiq etməklə maliyyə qurumları bank tərəfdaşları və üçüncü tərəflərlə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərmək üçün ekosistemlərini genişləndirə bilərlər. Eyni zamanda müştəri davranış qaydalarını izləyib, təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirə bilərlər.
3-cü tərəflər isə müştərilərə bu istiqamətdə sürətli və fasiləsiz maliyyə xidmətləri, bütün hesablarının bir tətbiqdən idarə edilməsi kimi unikal imkanlar təklif edə bilərlər.