Azərbaycan Fintex Assosiasiyası olaraq, ölkəmizin bank sektorunun inkişafında mühüm rol oynayan Azərbaycan Banklar Assosiasiyasını 35 illik yubileyi münasibətilə təbrik edirik.
Bu əlamətdar tarix münasibətilə AzFina-nın İdarə Heyətinin sədri Ruslan Talıbov ABA-nı təbrik edib, fintex və bank sektorları arasında qurulan əməkdaşlığın əhəmiyyətini qeyd edib, Assosiasiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
İnanırıq ki, qarşıdakı illərdə də fintex və bank sektorları arasındakı əməkdaşlıq daha da genişlənəcək və rəqəmsal maliyyə ekosisteminin inkişafına güclü təkan verəcəkdir.