Əsas  
  Xəbərlər  
  Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və AzFina-nın tərəfdaşlığı ilə IX Beynəlxalq Bankçılıq Forumu uğurla baş tutdu.

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və AzFina-nın tərəfdaşlığı ilə IX Beynəlxalq Bankçılıq Forumu uğurla baş tutdu.

bg-pattern

C.a 11 2025

Üzvlərimizlə birlikdə forumda aktiv iştirak edərək banklar və fintexlər arasında əməkdaşlıq imkanlarını, həmçinin maliyyə sektorunda innovasiyaların tətbiqi istiqamətlərini müzakirə etdik. Bu, ekosistemin inkişafına töhfə verəcək yeni işbirliklərinin formalaşması üçün dəyərli imkan yaratdı.

“Açıq bankçılıqdan açıq maliyyəyə doğru: əlaqəli məlumat ekosisteminin qurulması” panelində AzFina İdarə Heyəti sədri Edgar Abdullayev və İdarə Heyəti üzvü Rasim Xammədov açıq bankçılıq, məlumat inteqrasiyası və sektorlararası sinerjinin artırılması ilə bağlı öz dəyərli fikirlərini bölüşdülər. Onların çıxışları yeni nəsil maliyyə xidmətlərinə keçidi sürətləndirən əsas trendlərə fokuslandı.

Forum ümumilikdə nağdsız iqtisadiyyat, rəqəmsal transformasiyanın sürətlənməsi, maliyyə texnologiyalarının rolu, rəqəmsal bank həlləri, eləcə də ekosistem əsaslı innovativ yanaşmalar kimi vacib istiqamətlərin müzakirəsi üçün geniş və effektiv platforma oldu.

Bu kimi tədbirlərin maliyyə sektorunun dayanıqlı inkişafına, həmçinin banklar və fintexlər arasında daha sıx əməkdaşlığa təkan verəcəyinə inanırıq.