Məmnuniyyətlə bildiririk ki, Azərbaycan Fintex Assosiasiyası “Gələcək üçün Assosiasiyalar” (AFA) layihəsinin benefisiarı olaraq seçilmişdir.
Əsas icraçısı Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) olan layihə yerli və beynəlxalq təşkilatların Konsorsiumu tərəfindən həyata keçirilir.
Layihənin məqsədi Azərbaycanda biznes və peşəkar assosiasiyaların bacarıqlarını artıraraq ölkənin iqtisadi inkişafında töhfə verməkdir. Layihə çərçivəsində benefisiar assosiasiyalar üçün, öz üzvlərinə daha yaxşı xidmət göstərmək məqsədilə bilik və bacarıqlarının artırılması, fəaliyyətlərininin təkmilləşdirməsi və kiçik qrantların təqdim olunması nəzərdə tutulur.
08 iyul 2024-cü il tarixində AFA Layihəsinin seçilmiş yeni benefisiarları ilə tanışlıq və layihənin təqdimatı məqsədi ilə görüş keçirilmişdir.
Müraciətimizi müsbət dəyərləndirdikləri üçün Azerbaijan Micro-finance Association (AMFA) komandasına təşəkkürümüzü bildirir, layihənin həyata keçirilməsində bütün iştirakçılara uğurlar arzulayırıq.