Görüşdə Azfina ilə Innovation and Digital Development Agency arasında əməkdaşlıq imkanları, birgə layihə və tədbirlər, agentlik tərəfindən həyata keçirilən layihələrdə fintexlərin də aktiv iştirakı mövzuları müzakirə olunmuşdur. Xüsusilə, sistem inteqrasiyası və ya proqram təminatının hazırlanması sahəsində fəaliyyət göstərən fintexlərin İKT sektoru üçün vergilər, gömrük və digər sahələrdə nəzərdə tutulan imtiyazlardan faydalanma imkanları üzərində diskussiya aparılmışdır. 🤝