Azərbaycan Fintex Assosiasiyası və ASA Azərbaycan Sığortaçılar Assosiasiyası (Azerbaijan Insurers Association) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Əməkdaşlıq çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- Sığorta sektorunda maliyyə texnologiyalarının tətbiq edilməsi imkanlarının artırılması, maliyyə texnologiyaları və sığorta üzrə mütəxəssislərin iştirakı ilə birgə müzakirələrin təşkili;
- Hər iki sektorun inkişafını hədəfləyən layihələrdə birgə iştirakın təşkili;
- Tərəflər arasında məlumat, statistika və kadr mübadiləsinin həyata keçirilməsi;
- Seminarlar, konfranslar, təlim və təşviqat tədbirlərinin keçirilməsi;
- Beynəlxalq layihələrdə birgə əməkdaşlıq.