Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri Mərkəzi Bankın sədr müavini cənab Vüsal Xəlilov ilə görüş keçirmişdir. Görüşdə cari ilin birinci rübü üzrə fintex ekosisteminin fəaliyyət nəticələri və sektorun inkişaf prioritetləri ətrafında geniş müzakirələr aparılmışdır.
Görüş zamanı aşağıdakı mövzulara xüsusi diqqət yetirilib:
Ödəniş xidməti təchizatçıları üçün risk əsaslı nəzarət çərçivəsinin yaradılması;
Ödənişlərin təhlükəsizliyinin artırılması istiqamətində atılacaq təşəbbüslər;
Fintex sektorunun dayanıqlı inkişafı üçün mühüm çağırışlar və fürsətlər.
Bu kimi konstruktiv görüşlər fintex sahəsində tənzimləmə və innovasiya arasında balansın qurulmasına, eləcə də bazar iştirakçılarının gözləntilərinin nəzərə alınmasına imkan yaradır.
AzFina olaraq sektorun inkişafına töhfə verən görüşlərdə aktiv iştirak etməyə davam edəcəyik!