Əsas  
  Xəbərlər  
  Azərbaycan Fintex Assosiasiyasının Fintex Summit 2024-də İştirakı

Azərbaycan Fintex Assosiasiyasının Fintex Summit 2024-də İştirakı

bg-pattern

Iyn 06 2024

Azərbaycan Fintex Assosiasiyasının Fintex Summit 2024-də İştirakı

Azərbaycan Fintex Assosiasiyası olaraq ABA tərəfindən təşkil olunan və tərəfdaşı olduğumuz növbəti Fintex Summit 2024 iştirak etdik.

Summitin açılış hissəsində assosiasiyamızın İdarə Heyətinin sədri Ruslan Talibov qlobal və yerli perspektivdən fintex sektorunda hazırkı vəziyyət, süni intellekt, blockchain, machine learning kimi müasir texnologiyalarının fintex sektorunda tətbiqi, növbəti strateji dövrdə bizi gözləyən yeniliklər haqqında məlumat verdi.

Eyni zamanda Azfina-nın İcraçı direktoru Azer Akbarov "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun tələbləri, onun qüvvəyə minməsindən sonra bazarda baş verəcək dəyişikliklər, lisenziyalaşma prosesi, fintexlər üçün yaranan yeni imkanlar barədə çıxış etmişdir.

hashtag#AzFina hashtag#FintexSummit2024