Azərbaycan Fintex Assosiasiyasının üzvlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan sədr müavini Vüsal Xəlilov ilə növbəti görüşü keçirilib.
Görüşün əvvəlində Vüsal Xəlilov Edqar Abdullayevi AzFina İdarə Heyətinin sədri seçilməsi münasibətilə təbrik edib və İdarə Heyəti üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Eyni zamanda Vüsal Xəlilov AzFina İdarə Heyətinin keçmiş sədri Ruslan Talıbovun və İH üzvlərinin ötən dövr ərzindəki ölkəmizin fintex ekosisteminin inkişafı istiqamətində uğurlu fəaliyyətlərini xüsusi vurğulayıb və Mərkəzi Bank adından təşəkkürünü bildirib.
Görüş zamanı fintex sektorunun inkişaf tendensiyaları, açıq bankçılıq, QR ödənişlər, ödəniş və elektron pul təşkilatlarının təqdim edə biləcəyi əlavə texnoloji həllər, kiçik və orta biznes subyektləri üçün rəqəmsal ödəniş xidmətləri, xarici ödəniş təşkilatları və təsərrüfat subyektləri ilə əməkdaşlıq və digər məsələlər ətraflı müzakirə olunmuşdur.
#fintech #azfina #mərkəzibank #cbar