Əsas  
  Xəbərlər  
  Azərbaycan Fintexi Qlobal Arenada!

Azərbaycan Fintexi Qlobal Arenada!

bg-pattern

Çrş 04 2025

Azərbaycan Fintexi Qlobal Arenada!

PashaPay, Azərbaycanın aparıcı fintex şirkəti olaraq, 3–5 iyun tarixlərində Amsterdamda keçiriləcək dünyanın ən nüfuzlu fintex tədbirlərindən biri – Money20/20 Europe-da Bir ekosistemini təmsil edərək sponsor qismində iştirak edəcək.

Bu, ilk dəfədir ki, Azərbaycandan bir şirkət Google, Microsoft və Nvidia kimi texnologiya nəhəngləri ilə eyni platformada yer alacaq. Bu iştirak ölkəmiz üçün mühüm bir tarixi nailiyyətdir.

Tədbir iştirakçıları m10 rəqəmsal pul kisəsi, MilliÖn ödəniş terminalları, BirbankUmico kimi Bir ekosistemin təqdim etdiyi innovativ həllərlə tanış olmaq imkanı əldə edəcəklər.

Bu çıxış Azərbaycanın fintex sektorunun qlobal miqyasda tanıdılması, beynəlxalq tərəfdaşlıqların qurulması və rəqəmsal maliyyə sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi baxımından mühüm addımdır.