Bu gün Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə “NAİLİYYƏTLƏR VƏ ÇAĞIRIŞLAR” mövzusunda “AZƏRBAYCAN MALİYYƏ FORUMU” keçirilir.
Forumda maliyyə sektorunda fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələrinin iştirakı ilə ölkəmizdə maliyyə sektorunun inkişafı, xüsusilə də maliyyə vasitəçiliyi və inklüzivliyinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi, habelə rəqəmsal maliyyə xidmətlərinin artırılması üzrə nailiyyətlər və qarşıda duran prioritetlər müzakirə olundu.