Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan dəstəyi ilə Azerbaijan Banks Association, Azerbaijan Fintech Association (Azfina), ASA Azərbaycan Sığortaçılar Assosiasiyası (Azerbaijan Insurers Association), Azerbaijan Micro-finance Association (AMFA) və Azerbaijan Capital Market Participants Association / AFBİA təşkilatçılığı ilə Azərbaycan Maliyyə Forumu baş tutdu.
Forum çərçivəsində maliyyə inklüzivliyinin artırılması, sektorun rəqəmsallaşması və innovativ həllərin tətbiqi, tənzimləmə mühitinin təkmilləşdirilməsi və maliyyə sisteminin dayanıqlılığının gücləndirilməsi mövzuları ətrafında geniş müzakirələr aparıldı.
Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talibov forumda çıxış edərək fintex ekosisteminin inkişafı, tənzimləmə mühiti və sektorun gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşdü.
Maliyyə ekosisteminin bütün iştirakçılarının bir araya gəldiyi bu mühüm platformanın təşkilinə töhfə verən hər kəsə təşəkkür edirik!