Əsas  
  Xəbərlər  
  Azərbaycan – Türkiyə Fintech Forumu 2023 keçiriləcək

Azərbaycan – Türkiyə Fintech Forumu 2023 keçiriləcək

bg-pattern

Avq 03 2023

Azərbaycan – Türkiyə Fintech Forumu 2023 keçiriləcək

6 sentyabr tarixində Baku Marriott Hotel Boulevard'da FİTHUB təşkilatçılığı və Azfina-nın tərəfdaşlığı ilə Azərbaycan – Türkiyə Fintech Forumu 2023 keçiriləcəkdir. Forum sektorun aparıcı ekspertləri ilə birgə gələcəyin rəqəmsal maliyyə dünyasına işıq salacaq. Beynəlxalq ödəniş həllərindən BNPL modellərinə qədər iki ölkənin maliyyə ekosistemində əməkdaşlıq imkanlarında yeni qapılar açacaq.

Forumda rəqəmsal ödəniş sistemlərindən maliyyə təhlükəsizliyinə, süni intellektdən blokçeyn texnologiyalarına qədər bir çox mövzuları əhatə ediləcək. Sektorun mütəxəssisləri panellərdə hazırkı tendensiyaları və gələcək proqnozları müzakirə edəcəklər. Yalnız 150 iştirakçı ilə məhdudlaşan tədbir üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.