3 noyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum əsasında növbəti illərdə tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, rəqəmsal ödənişlər və fintex ekosistemində birgə konfrans, seminar və digər tədbirlərin təşkili, xüsusilə rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsizliyi üzrə koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsi və digər bu kimi istiqamətlərdə əməkdaşlıq edilməsi nəzərdə tutulmuşdur.