Gürcüstanda fintech şirkətlərinin maraqlarını təmsil edən ilk qeyri-kommersiya təşkilatı olan Gürcüstan Fintex Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyası arasında keçirilən görüş zamanı hər iki ölkənin fintech sektorlarının inkişaf tendesiyaları, fintech sektorununun tənzimlənməsi, lisenziyalaşadıırma, açıq bankçılık, banklar və fintechlər arasında əməkdaşlıq və sairə mövzular barəsində müzakirə aparılmış, suallara cavab tapılmışdır. Həmçinin, potensial tərəfdaşlıq imkanları, Bakıda və Tiblisidə təşkil olunacaq fintech tədbirlərində iştirak kimi məsələlərə də toxunulmuşdur.