Görüş zamanı - bazardakı mövcud tendensiyalar, fırıldaqçılıqla mübarizədə müasir texnologiyaların və maarifləndirmə tədbirlərinin əhəmiyyəti, dövlət qurumları, banklar, mobil operatorlarla qarşılıqlı əməkdaşlıq, sektorda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkil olunması və digər mövzular müzakirə olunmuşdur. Kibertəhlükəsizlik və fırıldaqçılıqla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra qurumlara müraciətlərin ünvanlanması qərara alınmışdır.