Azərbaycan Fintex Assosiasiyasının üzvləri ilə Mərkəzi Bank rəhbərliyi arasında növbəti görüş keçirilmişdir.
Görüşdə lisenziya almış ödəniş xidməti təchizatçılarının yeni qanunvericiliyin tələblərinə uyğunlaşması, rəqəmsal ödəniş xidmətlərinin inkişafı, maliyyə inklizüvliyinin artırılması istiqamətində görüləcək tədbirlər və digər aktual məsələlər müzakirə edilmişdir.