Azərbaycan Fintex Assosiasiyasının İcraçı direktoru Azər Əkbərov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Baş iqtisadçısı İvailo İzvorskinin təşəbbüsü ilə keçirilən dəyirmi masada iştirak etmişdir. Görüş zamanı hazırkı turbulent dövrdə regional inkişaf və bu proseslərin Azərbaycan iqtisadiyyatına potensial təsirlərini müzakirə edilmiş, həmçinin, Azərbaycanda özəl sektorun üzləşdiyi əsas çətinliklər və özəl sektorun potensialının üzə çıxarılması yolları haqqında fikir mübadiləsi aparılmışdır.