ICC və AzFina birgə əməkdaşlığı ilə
“Elektron pul təşkilatı və ödəniş təşkilatının fəaliyyətinin effektiv qurulması və idarə olunması”
mövzusunda təlim təşkil ediləcək.
Təlimin məqsədi elektron pul və ödəniş təşkilatlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun şəkildə qurulması, idarə olunması və təhlükəsizlik tələblərinin tətbiqi üzrə iştirakçılara praktiki biliklər qazandırmaqdır.
Proqram çərçivəsində ödəniş sistemləri, daxili nəzarət, risklərin idarə olunması, ƏL/TMM tələbləri və informasiya təhlükəsizliyi kimi mövzular əhatə olunacaq.
📅 Başlama tarixi: 1 noyabr 2025
📍 Təşkilatçılar: ICC və Azərbaycan Fintex Assosiasiyası
Əlaqə: +994 50 354 35 84