Azərbaycan Fintex Assosiasiyasının İcraçı direktoru Azer Akbarov 6-7 may tarixlərində Dubay şəhərində, 100-dən çox ölkənin 8000-dən çox fintex liderlərinin iştirakı ilə keçirilən ən böyük qlobal tədbirlərdən biri olan Dubai FinTech Summit 2024-də iştirak etmişdir.
Tədbir zamanı 20-yə yaxın ölkə nümayəndəsi ilə görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlıq haqqında razılıqlar əldə edilmişdir.