Azərbaycan Fintex Assosiasiyasının təşkilatçılığı ilə fintex ekosistemində təmsil olunan maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə bu ekosistemdə baş verən fırıldaqçılıq əməliyyatları və onlara qarşı birgə mübarizə tədbirləri mövzusunda görüş keçirilmişdir.
Müzakirələr zamanı, fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizənin koordinasiya edilmiş formada aparılması üçün Azərbaycan Fintex Assosiasiyası nəzdində üzv təşkilatların nümayəndələrindən ibarət Ekspert Qrupunun yaradılması qərara alınmışdır. Görüş zamanı həmçinin, banklarla qarşılıqlı əməkdaşlıq və fırıldaqçılıq hallarına qarşı birgə mübarizə istiqamətləri ətrafında fikir mübadiləsi aparılmışdır.