Bu gün İstanbulda Türk Dövlətləri Fintex Alyansının yaradılması ilə bağlı Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan fintex assosiasiyaları arasında anlaşma memorandumu imzalandı.
Memorandum maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
İnanırıq ki, bu gün yaradılan Türk Dövlətləri Fintex Alyansı bütün qardaş ölkələrdə fintex sektorunun güclənməsinə və regional əməkdaşlığın daha sürətli inkişafına öz müsbət töhfəsini verəcəkdir.
Ölkəmiz və regionumuz üçün xeyirli olsun!