Əsas  
  Xəbərlər  
  Fintexlər üçün kibərtəhlükəsizlik seminarı keçirilib.

Fintexlər üçün kibərtəhlükəsizlik seminarı keçirilib.

bg-pattern

C.a 02 2025

Fintexlər üçün kibərtəhlükəsizlik seminarı keçirilib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyalarının təşkilatçılığı ilə fintex təşkilatların nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda geniş seminar keçirilib.

Seminarı AKTA-nın İdarə heyətinin sədr müavini Rauf Cabarov və AzFina-nın İcraçı direktoru Azər Əkbərov giriş nitqləri ilə açıblar. Daha sonra seminarda Kod Akademiyasının təlimçisi və kibertəhlükəsizlik üzrə təhsil proqramının rəhbəri Nəriman Əliyev və AKTA eksperti Rəşad Əliyev fərqli mövzularda çıxış edib, maraqlı nümunələr üzərindən kiber təhdidləri izah ediblər. Seminar iştirakçılar və məruzəçilər arasında qarşılıqlı müzakirə formatında keçib.

AKTA və AzFina-nın təşkilatçılığı ilə fintex sektorunda rəqəmsal inkişaf dövründə yaranan kiber təhdidlər barədə şirkətlərin məlumatlandırılması məqsədilə silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.