Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-cu ildönümünə həsr olunmuş “Kiçik və Orta Biznesin (KOB) Gələcəyi: Potensial, Çağırışlar və İnnovativ Həllər” mövzusunda III BANM Biznes Forumu keçirilib.
Tədbirdə dövlət qurumları, elmi-akademik ictimaiyyətin nümayəndələri ilə birlikdə, 250-dən çox iş adamı iştirak edib.
Forumda çıxış edən Azərbaycan Fintex Assosiasiyasının İcraçı direktoru Azər Əkbərov kiçik və orta biznesin inkişafında fintexlərin rolu, ölkədəki fintex ekosistemi, KOB-lar üçün rəqəmsal ödəniş həlləri, elektron kommersiya və digər mövzularda ətraflı məlumat paylaşıb və iştirakçıların suallarını cavablandırıb.
Forum Bakı Ali Neft Məktəbi, KOBİA və “BERC & Partners” şirkətinin təşkilatçılığı ilə keçirilb.