Əsas  
  Xəbərlər  
  Mərkəzi Bankdan yeni təşəbbüs!

Mərkəzi Bankdan yeni təşəbbüs!

bg-pattern

Çrş 10 2025

Mərkəzi Bankdan yeni təşəbbüs!

Azərbaycan Mərkəzi Bankı “Xüsusi tənzimləmə rejimi – nəticələr və yeni imkanlar” adlı tədbir keçirib.

Tədbirdə innovativ maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal bankçılığın inkişafı və xüsusi tənzimləmə rejiminin nəticələri müzakirə olunub.

AMB nümayəndələri və beynəlxalq ekspertlər bu rejimin maliyyə ekosisteminin dərinləşməsinə və yeni texnoloji imkanların yaranmasına verdiyi töhfələrdən danışıblar. Azərbaycan Fintex Assosiasiyası olaraq biz də iştirak etdik. Üzvümüz olan ePoint-in CEO-su, AzFina İnnovativ Rəqəmsal Həllər Ekspert qrupunun rəhbəri Zeynal Kərimzadə də çıxış etmişdir.

Məqsəd – maliyyə xidmətlərini daha təhlükəsiz, əlçatan və innovativ etməkdir.