Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununa uyğun olaraq, ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziya almaq məqsədilə Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi davam edir.
Bu çərçivədə, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Algoritma” MMC-yə elektron pul təşkilatı fəaliyyəti həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. Bu lisenziya “Algoritma” MMC-yə elektron pul vəsaitlərinin emissiyası, saxlanması və müvafiq ödəniş əməliyyatlarının həyata keçirilməsi sahəsində fəaliyyət göstərməyə imkan verir.
Ölkəmizdə rəqəmsal maliyyə ekosisteminin inkişafına töhfə verəcək bu mühüm addım münasibətilə “Algoritma” MMC-ni təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!