Əsas  
  Xəbərlər  
  Mərkəzi Bankda SWIFT təşkilatının nümayəndə heyəti ilə kommersiya bankları və maliyyə qurumlarının nümayəndələrindən ibarət görüş keçirilib

Mərkəzi Bankda SWIFT təşkilatının nümayəndə heyəti ilə kommersiya bankları və maliyyə qurumlarının nümayəndələrindən ibarət görüş keçirilib

bg-pattern

C.a 02 2025

Mərkəzi Bankda SWIFT təşkilatının nümayəndə heyəti ilə kommersiya bankları və maliyyə qurumlarının nümayəndələrindən ibarət görüş keçirilib

Mərkəzi Bankda SWIFT təşkilatının nümayəndə heyəti ilə kommersiya bankları və müvafiq maliyyə qurumlarının nümayəndələrindən ibarət SWIFT istifadəçilər qrupunun birgə görüşü keçirilib. SWIFT sisteminə qoşulmuş elektron pul təşkilatları da görüşdə iştirak edərək müzakirələrə qatılıblar. Görüş zamanı SWIFT təşkilatının hazırkı və gələcək fəaliyyət proqramları, strateji hədəfləri, o cümlədən G20 ölkələrinin transsərhəd ödənişlər üzrə müəyyən etdiyi hədəflər müzakirə olunub. Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov çıxış edərək ödəniş sistemlərində həyata keçirilən islahatlardan və strateji prioritetlərdən danışıb. O, maliyyə institutları və strateji tərəfdaşların 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində nəzərdə tutulan təşəbbüslərə xüsusi diqqət yetirməsinin vacibliyini vurğulayıb. Sədr müavini, həmçinin, Mərkəzi Bank tərəfindən lisenziya verilmiş elektron pul və ödəniş təşkilatlarının SWIFT şəbəkəsinə qoşulmasını fintex sektorunun inkişafı və maliyyə sisteminin növbəti mərhələsi kimi qiymətləndirib. Görüşdə ödəniş əməliyyatlarının dinamikası, milli ödəniş infrastrukturunun cari vəziyyəti, ISO 20022 beynəlxalq standartına keçid üzrə görülən işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.