Əsas  
  Xəbərlər  
  PashaPay şirkəti elektron pul təşkilatı lisenziyası alıb

PashaPay şirkəti elektron pul təşkilatı lisenziyası alıb

bg-pattern

C.a 07 2024

PashaPay şirkəti elektron pul təşkilatı lisenziyası alıb

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Belə ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Mərkəzi Bankı / Central Bank of the Republic of Azerbaijan İdarə Heyətinin 27 iyun 2024-cü il tarixli Qərarı ilə assosiasiyamızın üzv təşkilatı olan PashaPay şirkətinə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

Qeyd edək ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir