Azərbaycan Fintex Assosiasiyasının üzvü olan Portmanat kripto dünyasına yeni bir məhsul təqdim edib. PortCoin rəqəmsal maliyyə dünyasında təhlükəsizlik və sürəti ön planda saxlayan innovativ bir platformadır.
PortCoin rəqəmsal aktivlər və blokçeyn texnologiyalarını istifadə edərək müasir maliyyə sistemlərini inkişaf etdirmək məqsədilə yaradılmışdır.
Qeyd edək ki, PortCoin, Azərbaycan Mərkəzi Bankının “Xüsusi tənzimləmə rejimi” çərçivəsində sınaqdan keçiriləcək blokçeyn əsaslı kripto-aktivdir. Platforma istifadəçilərə kriptovalyuta alışı, satışı, idarəsi və xarici kripto pulqabılardakı vəsaitləri rahatlıqla Azərbaycan manatına (AZN) çevrilməsi xidmətlərini təklif edir.