Əsas  
  Xəbərlər  
  “Revolut” bank lisenziyası alıb

“Revolut” bank lisenziyası alıb

bg-pattern

B.e 07 2024

“Revolut” bank lisenziyası alıb

2015-ci ildə Nik Storonsky tərəfindən qurulan qlobal fintex şirkəti Revolut, müştərilərə ödəniş xidmətləri, kredit və səhmlər, kriptovalyutalarla ticarət etmək imkanı təklif edərək sürətlə böyümüşdür və 2021-ci ildə 33 milyard dollar dəyəri ilə Böyük Britaniyanın ən dəyərli fintex şirkəti olmuşdur. Dünya üzrə 45 milyon müştərisi olan şirkət, 25 iyul tarixində Prudensial Tənzimləmə Təşkilatı / Prudential Regulation Authority (PRA) tərəfindən müəyyən məhdudiyyətlərlə bank lisenziyası aldığını elan etmişdir. Lisenziyanın alınması Revolut’un böyüməsini sürətləndirmək və mövcud statusunu irəli aparmaq üçün önəmli bir addımdır. Bununla, Revolut “mobilizasiya” adlı yeni mərhələyə keçid etmişdir.

Revolut’un CEO-su, Nik Storonsky qeyd edir: “Şirkətin fəaliyyəti ərzində bu vacib mərhələyə çatdığımız üçün çox qürurluyuq və Revolut’u müştəriləmiz üçün ən yaxşı bank halına gətirəcəyimizdən əminik.”