Azərbaycan Mərkəzi Bankı, Tiko Azərbaycan MMC-yə elektron pul təşkilatı (E-Money Institution) lisenziyası verib. Bu lisenziya rəqəmsal ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin genişləndirilməsi baxımından mühüm addımdır.
Mərkəzi Bankın açıqlamasına görə, bu qərar ölkədə fintex ekosisteminin gücləndirilməsi, innovativ maliyyə həllərinin təşviqi və rəqəmsal iqtisadiyyatın inkişafı məqsədilə atılıb. Tiko Azerbaijan MMC-nin lisenziya alması, istifadəçilərə daha təhlükəsiz və rahat elektron ödəniş xidmətləri təqdim etməyə imkan yaradacaq.