Dünən TURAN elektron cüzdanının təqdimatı baş tutdu! Türkiyənin Azərbaycanda lisenziya almış ilk elektron pul təşkilatı olan United Payment-ın cüzdanı olan TURAN, bütün Türk Dövlətlərində yaşayan istifadəçilərə faydalı olacaq yeni nəsil maliyyə həlləri təqdim etməyi hədəfləyir.
Tədbirdə layihənin funksionallıqları və gələcək planları sektor nümayəndələrinə təqdim olundu. Açılış nitqləri ilə TURAN məhsulunun Təsisçisi Özgür Bayraktar və United Payment şirkətinin İcraçı direktoru Edqar Abdullayev çıxış etdilər.
Bu addım, regionda rəqəmsal maliyyə texnologiyalarının inkişafına və sərhədlərarası maliyyə axınlarının daha əlçatan olmasına töhfə verəcək. AzFina olaraq biz də bu cür təşəbbüsləri dəstəkləyir və ekosistemin inkişafı üçün daim yanınızdayıq!