Əsas  
  Xəbərlər  
  Blog 5: Websayta girərkən nələrə diqqət etməliyik?

Blog 5: Websayta girərkən nələrə diqqət etməliyik?

bg-pattern

Çrş 06 2025

Blog 5: Websayta girərkən nələrə diqqət etməliyik?

🔐 Məlumat Təhlükəsizliyi – Onlayn Həyatın Ayrılmaz Şərtidir

İnternetdə gəzərkən vebsaytların dizaynı və məzmunu qədər, onların təhlükəsizliyi də vacibdir. Çünki şəxsi məlumatlar, şifrə və kart məlumatları bəzən düşündüyündən daha asan ələ keçə bilər. Əgər “Not Secure” yazısını görürsənsə və saytın ünvanı http:// ilə başlayırsa, bu zaman ehtiyatlı olmalısan.

⚠️ HTTPS və SSL Sertifikatı – Etibarın Rəqəmsal Təsdiqi

Güvənli saytlar https:// ilə başlayır və adətən ünvan sətrində qıfıl işarəsi görünür. Bu, saytın SSL (Secure Socket Layer) sertifikatına malik olduğunu göstərir. Bu cür şifrələmə istifadəçi məlumatlarının üçüncü şəxslər tərəfindən oxunmasının qarşısını alır. Əks halda, məlumatlarının oğurlanması riski böyükdür.

❗️ Şübhəli Linklərə Girmə, Saxta Saytlardan Uzaq Ol

Bəzən sənə mesaj və ya e-mail vasitəsilə tanış olmayan linklər göndərilə bilər. Həmin linklər orijinal saytların saxta nüsxələri ola bilər. Bu tələlərə düşməmək üçün linkə klik etməzdən əvvəl onun domen adını yoxla, qəribə yazılışlar və əlavə simvollara diqqət yetir.

✅ Nə Etməli?

Həmişə https:// ilə başlayan saytlardan istifadə et.

Ünvan sətrində “qıfıl” simvolunu yoxla.

Tanımadığın linklərə daxil olma və şəxsi məlumatlarını paylaşma.

Əgər bank və ya digər platforma adından e-poçt alırsansa, linkə klik etməzdən əvvəl onun rəsmiliyini araşdır.

📌 Nəticə

İnternetdə təhlükəsizlik hər kəsin öz əlindədir. Sadə addımlar ataraq böyük risklərin qarşısını ala bilərsən. Unutma: bir vebsayta daxil olmaq sadə görünsə də, ehtiyatlı davranmaq səni böyük məlumat itkilərindən və maliyyə zərərlərindən qoruyar.