18 Oktyabr tarixində BMT-nin “29 İqlim müzakirələri: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində Azərbaycan Mərkəzi Bankı, BMT-nin Azərbaycandakı nümayəndəliyi və maliyyə sektoru assosiasiyalarının təşkilatçılığı ilə "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu" keçirildi.
Assosiasiyamızın İdarə Heyətinin Sədri Ruslan Talıbov Yaşıl maliyyə və ölkə iqtisadiyyatının mərhələli qaydada transformasiyasının hər bir dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyini, fintex təşkilatların da bu dayanlıqlı inkişafa yönəldiyini vurğulamışdır.
Həmçinin "29 iqlim müzakirələri: #COP29-a gedən yol” təşəbbüsü çərçivəsində keçirilən bu forumda hökumət, maliyyə institutları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər bir araya gələrək iqlim dəyişikliyi ilə mübarizə vasitəsi kimi yaşıl maliyyənin təşviqi mövzusunu müzakirə ediblər.