Əsas  
  Tədbirlər  
  Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” seminar

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” seminar

bg-pattern

08 / 22 / 2023

Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” seminar

Azərbaycan Respublikasının Prezidentinin 09 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun tələblərinin fintex ekosistemi iştirakçılarına çatdırılması və effektiv formada icrası Azərbaycan Fintex Assosiasiyasının diqqət mərkəzində olan prioritet məsələdir.

Ekosistem iştirakçılarının yeni tələblərlə yaxından tanış olmaları, lisenziyalaşdırma prosesinə hazırlaşmaları və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaları məqsədilə 30 avqust tarixində saat 10:00-da “Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar” mövzusunda ilk seminarımız baş tutacaqdır.

Seminar zamanı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun müəlliflərindən biri olan, “Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini, Azərbaycan Fintex Assosiasiyasının layihə rəhbəri və Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” üzrə Ekspert Qrupunun sədri Tamerlan Rüstəmov tərəfindən təqdimat keçiriləcəkdir.

Seminarda aşağıdakı mövzular barədə məlumat veriləcək və suallar cavablandırılacaq:

  1. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun əsas xüsusiyyətləri;
  2. Ödəniş xidmətlərinin klassifikasiyası və istisnalar;
  3. Ödəniş xidməti təchizatçıları və onların fəaliyyət növləri;
  4. Ödəniş sistemi operator və ona qarşı tələblər;
  5. Beynəlxalq təşkilatlarla əməkdaşlıq;
  6. Lisenziyalaşdırma prosesi və atılacaq addımlar;
  7. Lisenziyanın əldə edilməsi üzrə tələb olunan sənədlərə dair məlumat;
  8. Sandbox rejimi.

  • Müddət: 2 saat
  • İştirak haqqı: 300 AZN
  • Məkan: məlumat veriləcək

Seminarda iştirak etmək istəyən həmkarlardan 25 avqust saat 18:00-dək linkdən qeydiyyatdan keçmələrini xahiş edirik.

https://shorturl.at/mvwz4